18 dəfə uşaq itirdi, 48 yaşında ana oldu

18 dəfə  uşaq itirdi, 48 yaşında ana oldu
12:38 23 Mart 2018
Ölkə mətbuatı
A- A+

16 ildir övlad sahibi ola bilməyən qadın 48 yaşında ana olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə yaşayan cütlük-Luisa və Mark Varneford övlad sahibi olmaq üçün 16 ildir bir çox müalicə üsullarına baş vurub. Onlar ən böyük xəyallarına illər sonra qovuşublar.

Qəbul etmədikləri müalicə üsulu qalmayan cütlük ümumilikdə 100 min dollar xərcləyib.

2015-ci ildə həkimlər qadının bədəninin nə üçün uşaq qəbul etmədiyini öyrənib. Məlum olub ki, onun bədənində embrionları öldürən “qatil hüceyrələr” var. Bu səbəbdən artıq cütlük ümidləri tükənmiş halda sonuncu dəfə süni mayalanmaya baş vurublar. 18 dəfə hamiləliyi pozulan qadın 48 yaşında ana olub.

Hamiləliyi müddətində çətin günlər keçirdiyini deyən Luisa oğlunu qucağına alandan sonra çəkdiyi bütün əziyyətləri unutduğunu deyib:

“32 yaşımdan bəri övlad sahibi olmaq üçün çalışırıq. Həm maddi, həm də mənəvi baxımdan çox çətin günlər yaşadıq. Amma oğluma baxanda əziyyətə dəydiyini düşünürəm”-deyə bildirib.

Oğlu Viliam artıq 2 yaşındadır. Luisa həyat hekayələrini bu günlərdə feysbuk hesabında paylaşıb. O bununla bir çox insana ümid ola biləcəklərini bildirib. Bir çox insanın oğlunu nəvəsi sanmasının isə onu narahat etmədiyini deyib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/235126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR