Play Store

"Bu, yaxşı nümunənin başlanğıcı hesab oluna bilər" - Əli Həsənov

"Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim bundan öncə yazdığım hər iki statusun başlıca məqsədi olmuşdur".

Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

Ə.Həsənov son iki gündə feysbuk səhifələrində bu istiqamətdə müşahidə olunan dialoqların yaxşı nümunənin başlanğıcı hesab oluna biləcəyini vurğulayıb:

“Ən son olaraq, Tapdıq Fərhadoğlunun “Amerikanın səsi” radiosunun Bakı bürosu üçün hazırladığı materialı da qənaətbəxş təşəbbüs kimi dəyərləndirmək lazımdır. Hamı razılaşar ki, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir, əksinə, bu üsuldan istifadə edənlərin mənəvi və əxlaqi dəyərlərdən yetərincə uzaq düşdüyünü nümayiş etdirir. Virtual məkan öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan, insanların heysiyyatı ilə oynayan, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır. Axı cəmiyyətimizdə kifayət qədər sağlam düşüncəli, yüksək intellektə malik, öz dünya görüşünə, əqidəsinə uyğun fikir bildirməyi və onu müdafiə etməyi bacaran insan var.
Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar, ictimai təşkilatlar və media nümayəndələri bu müzakirələrə qoşulacaq və mövcud xoşagəlməz halların aradan qaldırılmasına, sağlam və konstruktiv mühitin bərqərar edilməsinə öz dəyərli töhfəsini verəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR