“Tərbiyəsiz insanlardı, elə bil meşədə böyüyüblər” – Afaq Aslan – VİDEO

“Heç bir məşhur gecə rahat yata bilmir”

ARB TV-nin “Açıq Pəncərə” proqramının növbəti buraxılışının qonaqlarından biri də müğənni Afaq Aslan olub.

Həmçinin sosial şəbəkələrdə etdiyi rəqslərlə məşhurlaşan Rüfət Cahangirli də proqrama qonaq kimi çağrılıb. O, bildirib ki, “İnstagram” hesabını yazılan rəylərdən dolayı bağlayıb.

“Rəy yazanlardan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini tələb etsəydilər o zaman “İnstagram”da olardım. Amma demək istəyirəm ki, heç bir məşhur gecələr rahat yata bilmir”.

Daha sonra müğənni Afaq Aslan Rüfətin dediklərini dəstəkləyib.

“Sözlərində həqiqət var. Məndə neçə mindən çox blokda olan insanlar var. Bəzi tərbiyyəsiz insanlar var ki, elə bil meşədə böyüyüblər. Elə rəy yazırlar ki, cavab versən onun səviyyəsinə düşərsən”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR