Taksi sürücüləri ərəb turistlərlə hansı dildə danışır? - VİDEO

Taksi sürücüləri ərəb turistlərlə hansı dildə danışır? - VİDEO
01:03 24 Mart 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə ərəb turistlərin sayı günü-gündən çoxalır. Elə buna görə də əksər restoranlarda ərəbcə menyular təqdim edilir və ya ərəbcə bilən ofisiantlar işləyir.

Amma turistlərin tez-tez müraciət etdiyi taksi xidmətindən çalışanlar isə ərəbcə bilmirlər. Bu isə sürücü ilə müştəri arasında anlaşılmazlığa səbəb olur. Sorğu zamanı əksər ərəb turistin ingiliscə bilmədiyinə şahid olduq.

Milli.Az bildirir ki, ərəbcə bilən əksər bələdçilər isə həm də turistlər üçün sürücülük edirlər. Amma belə şəxslərin sayı çox azdır.

Taksi şirkətlərində ərəb dilini bilən sürücülər olmur.

Ölkəmizdə ərəb dilini bilənlərin sayı çox olmadığından hazırda bu dilə tələbat böyükdür. /xezerxeber.az/


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/235186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR