Millimiz Avropa çempionatına 10 boksçu ilə yollanır

Millimiz Avropa çempionatına 10 boksçu ilə yollanır
03:34 24 Mart 2018
112 Digər
Ölkə mətbuatı
A- A+

Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanın Tırqu-Jiu şəhərində baş tutacaq yarışda millimiz də iştirak edəcək.

 

Azərbaycan yığmasının məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Belə ki, kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar. Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.

 

Qeyd edək ki, bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/297294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR