Azərbaycan sinoptikləri həftənin ilk iş günü hansı hava şəraitini vəd edirlər?

Azərbaycan sinoptikləri həftənin ilk iş günü hansı hava şəraitini vəd edirlər?
14:03 11 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycan sinoptikləri həftənin ilk iş gününün hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən Trend-ə bidiriblər ki, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0 dərəcəyə yaxın isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, , gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR