Play Store

"Türkiyə Suriyada yeni antiterror əməliyyatlarına hazırdır" - Ərdoğan

Türkiyə Suriyanın sərhəd rayonlarında terror qruplaşmalarına qarşı yeni əməliyyatlar keçirməyə hazırdır.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident deyib: "Türkiyə üçün terrorçuların harada fəaliyyət göstərməsi vacib deyil, biz onları məhv etmək üçün hər şeyi etməyə hazırıq".

Ərdoğan həmçinin qeyd edib ki, Mənbic, Təll-Abyad, Ras-əl-Ayna kimi şəhərlərin əhalisi də Türkiyə ordusunun gəlişini üçün çağırışlar edir:

"Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Bu gün Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar əməliyyat çərçivəsində Türkiyə Ordusunun "Azad Suriya Ordusu" ilə birgə Afrində son yaşayış məntəqələrini azad etdiyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR