Play Store

2017-ci ildə Ukraynada 17 terror aktının qarşısı alınıb - Petro Poroşenko

2017-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti 17 terror aktının qarşısını alıb.

Metbuat.az xəbər verir ki, bu fikri Ukraynanın Prezidenti Petro Poroşenko Kiyev vilayətindəki hərbi təlim meydanında söyləyib.

“Son dörd ildə Ukrayna Təhlükəsizlik Xidməti müstəsna rol oynayıb və nəticədə dövlətin, vətəndaşların təhlükəsizliyinin təmini üçün təsirli mexanizm qura bilib”, - deyə Petro Poroşenko əlavə edib. Prezidentin sözlərinə görə, ötən il Ukrayna Təhlükəsizlik Xidməti ölkədə 8 diversiya aktının qarşısını da alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR