Yaponiyadakı ABŞ hərbi bazasında yerləşdirilən F-35B qırıcıları təqdim olunub

Yaponiyadakı ABŞ hərbi bazasında yerləşdirilən F-35B qırıcıları ilk dəfə kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim olunub.

Metbuat.az xəbər verir ki, həmin qırıcıların Yaponiyanın qərbindəki İvakuni hərbi bazasında yerləşdirilməsinə ötən ilin yanvarından başlanıb.

Cari ayda isə daha beş belə qırıcı ABŞ hərbi-dəniz qüvvələrinin Sasebo bazasındakı “WASP” amfibiya gəmisinə yerləşdirilib.

Təqdimat zamanı KİV-lərin nümayəndələrinə Okinava adası yaxınlığında F-35B qırıcılarının desant amfibiya gəmilərindən uçuşu və geriyə qayıtması nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR