Bakıda qış bitdi?

Bakıda qış bitdi?
14:12 11 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan sinoptikləri həftənin ilk iş gününün hava proqnozunu açıqlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən Trend-ə bidiriblər ki, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0 dərəcəyə yaxın isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR