Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin Şanlıurfa bölgəsindəki Eyyübiye rayonunda ağır terror aktının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, partlayıcı qurğu Eyyübiye Anadolu İmam Hatip Məktəbi və Liseyi yolunun üstündə quraşdırılıbmış. Onu ərazidə təmizlik işləri aparan bələdiyyə işçisi aşkar edib. Əldədüzəltmə qurğu zərərsizləşdirilib.

Terrorçular məktəbliləri daşıyan avtobus, ya da polislərin keçdiyi məqamda partlayıcını uzaq məsafədən işə salmağı planlaşdırıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR