Hamburqda Charlie Hebdo qəzetində olan karikaturanı çap etmiş ofisi yandırıblar

Hamburqda Charlie Hebdo qəzetində olan karikaturanı çap etmiş ofisi yandırıblar
14:13 11 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Hamburqda ötən gecə Hamburger Morgenpost redaksiyasının ofisinə naməlum şəxslər alışdırıcı maddə ilə olan şüşə atıblar. Trend qəzetin öz saytına istinadən bu barədə məlumat verir.

Hadisə gecə saat iki radələrində baş verib. Bildirilir ki, alışdırıcı maddə ilə olan şüşə qəzetin arxivinə düşüb və yanğın burada başlayıb. Jurnalistlər bildirirlər ki, bəzi sənədlər yanıb, amma insanların heç biri xəsarət almayıb.

Polis, həmin rayonunda olan iki nəfər şübhəli şəxsi yaxalayıb. Onların insidentə aidiyyəti dəqiqləşdirilir.

Bundan öncə Hamburger Morgenpost Fransanın Charlie Hebdo jurnalında olan Məhəmməd peyğəmbərin karikaturasını çap edib. Yeri gəlmişkən, redaksiya hələlik gecə yanğınını məhz satirik şəkilin dərc olunması ilə əlaqələndirməyə tələsmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2351901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR