Tovuzda qadın dəm qazından zəhərlənib.
Metbuat.az xəbər verir ki, rayon sakini, 1991-ci il təvəllüdlü Bayramova Nərmin Nərmayıl qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Bayramova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.
Rusiyada faciə: Ölənlərin sayı 40-a çatıb - Oxumaq üçün tıkla