Play Store

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib - Xəsarət alan var

Şəkidə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, bu gecə saat 00:30 radələrində Şəki şəhər sakini, 1994-cü il təvəllüdlü Kamal Elşad oğlu Alıxasov ağır qapalı kəllə-beyn travması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan bildirilib ki, Kamal Alxasovun sərnişin qismində olduğu “Niva” markalı minik avtomobili ilə qəzaya düşərək xəsarət alması məlum olub.

Faktla bağlı Şəki Şəhər-Rayon polis Şöbəsində araşdırma aparılır.

Buraya 21 yaşından balacalar daxil ola bilmir - FOTOLAR - Oxunmaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR