Play Store

Misirdə prezident seçkisi keçirilir – Üç gün davam edəcək

Bu gün Misirdə prezident seçkisi başlanıb.

Metbuat.az xəbər verir ki, bu gün başlayan seçkilər 3 gün davam edəcək. Seçkilərdə iki namizəd mübarizə aparır - Misirin hazırki prezidenti 63 yaşlı Abdel Fəttah əs-Sisi və "Əl-Qad" ("Sabah") partiyasının 65 yaşlı lideri Musa Mustafa Musa. Seçkidə Abdel Fattah al-Sisi-nin daha dörd illik müddətə prezident seçiləcəyi gözlənilir. Seçkilər martın 28-dək davam edəcək.

Abdel Fattah al-Sisi təkrar seçilmək istəyini bu ilin yanvar ayında elan edib. Digər namizəd isə seçkilərə qatılmaqla bağlı müraciətini son tarixdən 15 dəqiqə əvvəl qeydiyyatdan keçirib.

Seçki ilə əlaqədar ölkədə sərt təhlükəsizlik tədbirləri görülüb. İŞİD terror təşkilatı silahlı qruplaşmasının Misir qanadı seçki ərazilərinə hücumlar etməklə hədələyib.

Qeyd edək ki, Misirdə 60 milyon nəfər qeydiyyatdan keçmiş seçici var. Rəsmi nəticələrin aprelin 2-də açıqlanacağı gözlənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR