Play Store

“Ancaq zibil qabları qarşısında əyilə bilərlər" – Vaqif Aydınoğludan sərt ismarış

“Ağzından və ağlından çirkab tökülənlər ancaq zibil qabları qarşısında əyilə bilərlər. Çünki sığındıqları Avropada zibili küçəyə atmaq yasaqdı axı. Ona görə də onlar ancaq zibil qabıları qarşısında "səcdəyə" gedirlər. Təfəkkürə, məntiqə, dünyagörüşünə baxın”.

Metbuat.az-ın məlumatına görə, bunu Azad Azərbaycan Teleradio Yayım Şirkətinin İctimai-siyasi verilişlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib: “Sivil dünyada siyasi mübarizə, azad söz demək üsulu bu qədərmi kasaddır?! Yox, əsla! Sadəcə olaraq mühacir "qəhrəmanlarının" təfəkkür kasadlığının nəticəsidir bugünkü mənzərə. 100-cü il dönümünü qeyd etdiyimiz Cümhuriyyəti quranlar da rus işğalından sonra mühacir həyatı yaşadılar. Olduqları hər məkanda Azərbaycan deyə hayqırdılar, onu qürbətdə yaşatmaq üçün hər şeylərini qurban verdilər. Son nəfəslərinə qədər KİŞİ kimi mübarizə apardılar. Amma mədəniyyətləri, ədəb-ərkanları, ən əsası dünyaya baxışları, savadları ilə o günün avropalısına elə Avropada nümunə idilər.

Çünki Azərbaycan adlı Cümhuriyyəti təmsil etdiklərinin fərqində idilər. Onların gəzdiyi, mübarizə apardığı küçələrdə bu gün "çirkab qusanlar", "zibil maşınları" təlxəklik edir. Sizi görüb O KİŞİLƏRİN qürbətdəki qəbirlərində sümükləri sızıldayır indi. Çünki Azərbaycan tarixində mühacir həyatı yaşayıb, müstəqil Azərbaycan uğrunda mübarizə aparanların adı müqəddəsliklə anılır. Siz isə öz mədəniyyətsizliyiniz, milli-mənəvi dəyərdən yoxsul təfəkkürünüzlə mühacir tariximizi - bu müqəddəs adı da zibilləyirsiniz. Bu qədər çirkab və əngəllərə rəğmən Azərbaycan adlı karvan irəliləyir, bu karvanın SARVANI DA bəllidir!

Hər dərədən gələcək səsə fikir vermək lazım deyil!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR