Dünyanın ilk və tək robotik beyin əməliyyatı - FOTOLAR

Dünyanın ilk və tək robotik beyin əməliyyatı Türkiyəhəyata keçirilib.

Metbuat.az-ın verdiyi məlumata görə, Ankara Universiteti Tibb Fakültəsi Beyin və Sinir Cərrahiyyəsi bölümündə Da Vinçi robotu ilə həyata keçirilən baş bazası şişi əməliyyatı ilə dünyada bir ilkə imza atıb. Əməliyyat olunan 50 yaşlı xəstə qadın pür robotik cərrahiyyə ilə baş bazası şişi əməliyyatı olan dünyanın ilk və tək hadisəsi olaraq elm tarixinə yazılıb.

Bu əməliyyat İbn Sina xəstəxanasında mütəxəssis həkim Ümit Eroğlu tərəfindən həyata keçirilib.

Ankara Universitetinin rektoru professor Erkan İbiş əməliyyatla əlaqəli fikirlərində yüksək texnologiyanı tibbin bir çox sahələrində istifadə etmək imkanı olduğunu bildirib. “Bunlardan biri də robotik cərrahiyyədir. Bu üsulla qadın xəstəlikləri, uroloji və ürək-damar cərrahiyyəsi kimi geniş sahələrdə xəstələrin müalicə şansı olduqca yüksəkdir. Etdiyimiz baş bazası şişi əməliyyatının dünyada ilk olması ölkəmiz və universitetimiz üçün qürurvericidir. Komandamızı ürəkdən təbrik edirik” deyib.

Günay Sadıxova/ Metbuat.az

http://matbuat.az/news/921548/belesi-hec-gorulmeyib-balinalar-sahile-cixdilar-ve.html

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR