Rusiyada vətəndaşlıq almaq asanlaşa bilər

Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.

Nazir müavini bildirib: "Biz prosesi optimallaşdırmaq üçün lazım olan hər şeyi edəcəyik".

A.Qorovoy qeyd edib ki, nazirlik ölkəyə uzun müddətli və ya daimi yaşamağa gələn əcnəbilər üçün ən rahat şərait yaratmaq məqsədi daşıyır:

"Biz ölkəmizə gələn yüksəkixtisaslı mütəxəssislərin və ali məktəblərimizdə təhsil alan xarici tələbələrin Rusiya vətəndaşı olmaq istəməsinə ikiəlli razıyıq".

ABŞ 60 Rusiya diplomatını ölkədən çıxarır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR