Gəncəlilərin seçimi İlham Əliyevdir

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gəncə şəhər Təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Metbuat.az xəbər verir ki, görüş Rüstəm Cəfərovun ifasında “Azərbaycan” mahnısının sədaları altında başlayıb.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verib, YAP-ın namizədi İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, Gəncədə aparılan abadlıq-quruculuq işlərindən danışıb.

YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov çıxış edərək, ölkəmizdə gedən dinamik inkişafdan danışaraq, İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər və xüsusilə vurğulayıblar ki, Gəncəlilər hər zaman Prezidentin siyasətini dəstəkləyib və aprelin 11-də bir daha bu dəstəyi göstərərək, Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacaqlar.

Görüşdə seçicilər yekdilliklə İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR