Bu gün Beynəlxalq Teatr Günüdür

27 mart bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir.

Metbuat.az xəbər verir ki, bu günün hər il dünyada keçirilməsi ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Azərbaycanın milli teatr tarixi tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR