Play Store

Məşhur aktyor meydana girib Ronaldunu öpdü - VİDEO

Portuqaliya və Hollandiya yığmaları arasındakı yoldaşlıq görüşündə qeyri-adi hadisə yaşanıb.

Metbuat.az goal.az-a istinadən xəbər verir ki, oyunun 61-ci dəqiqəsində bir neçə azarkeş meydana girərək, portuqaliyalı hücumçu Kriştianu Ronalduya tərəf qaçıb. Onlardan biri Ronaldunu öpərək, onunla selfi çəkdirib. Həmin şəxsin əslən bosniya və herseqovinalı, hazırda İsveçrədə çalışan məşhur komik Samir Alik olduğu müəyyənləşib.

Hollandiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda Ronaldu 68-ci dəqiqədə əvəzlənib.

61-ci dəqiqədə Joau Kanselu qırmızı vərəqə aldığı üçün Portuqaliya millisi oyunu azlıqda başa vurub.


Boksçularımız Vilnüsdə 7 medal qazanıblar - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR