Sabah Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırılır

14:42 11 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 14:37 ]


Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Gecə 2 dərəcə şaxtadan 2 dərəcəydək isti, gündüz 7-11 dərəcə isti, Bakıda 0 dərəcəyə yaxın isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın bölgərlərində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR