Play Store

Müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Xərçəngin dərmanı ola biləcək bitki GƏDƏBƏYDƏDİR - Cəmi iki günə.../ VİDEO –TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR