Play Store

"Azərbaycan yığmasına qol vurmasaydıq, ağlayardıq" - Noel Kinq

“Bu gün qələbəyə layiq idik. Ola bilsin ki, qol gec vuruldu. Ancaq çoxlu qol şansımız oldu və topa nəzarət bizim əlimizdə idi”.

Metbuat.az bildirir ki, Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının baş məşqçisi Noel Kinq deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisini qəbul edən irlandlar 99-cu dəqiqədə vurduqları qol sayəsində qələbə qazanıblar – 1:0.

Matçla bağlı yerli mətbuata fikirlərini bildirən Kinq ilk hissədəki oyunlarından məmnun qalmadığını etiraf edib: “Oyunu əsasən meydanın rəqibə aid hissəsində və cərimə meydanı daxilində keçirdik. Sonradan adi hücumlarla birbaşa həmlələr etməyə başladıq. Birinci hissəni o qədər də yaxşı keçirmədik. Futbolçular da bu fikirlə razıdılar. Söhbət zamanı ilk hissədə bir az yavaş olduqlarını etiraf etdilər. Bu, etmədiyimiz bir şeydi. 8 gün bir yerdə hazırlaşdığımız müddətdə ən pis dövr həmin 45 dəqiqədə oldu. Bizim istəyimiz isə bu deyil. Məqsədimiz maksimum üçün çalışmaqdı. Bir neçə dəyişikliklə vəziyyəti dəyişməyə çalışdıq. Yüksək səviyyəli futbolçularımız var. Bu, sizə əlavə üstünlük qazandıran məqamdı. Əgər qol vurmasaydıq, ağlaya bilərdik. Bu da ruh yüksəkliyindən irəli gəlir”.

Hazırda V qrupda 2-ci pillədə qərarlaşan İrlandiya millisi lider Almaniyadan 3 xal geri qalır. Baş məşqçi qrup birinciliyi uğrunda mübarizə aparacaqlarını və sentyabrda Almaniya ilə evdə keçirəcəkləri görüşdə qələbə üçün meydana çıxacaqlarını vurğulayıb: “Bu uşaqlardan hansınasa Almaniyanı məğlub edə bilməyəcəklərini desəniz, sizə qəribə gözlə baxar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR