Toya hazırlaşan qohumlar arasında QANLI DAVA

Toya hazırlaşan qohumlar arasında QANLI DAVA
15:14 11 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzun ucqar dağ kəndi Əhmədabadda toya hazırlaşan qohumlar arasında dava düşüb. Lent.az-ın Kəpəz TV-yə istinadən məlumata görə, kənd sakini Etibar Qarayev bacısı oğlunun toyuna bir gün qalmış həyat yoldaşı Tahirə Qarayevanı və onun dayısı oğlu Siyavuş Hümmətovu möhkəm döyüb. Ağır xəsarət alan Əhmədabad kənd sakinləri Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin sözlərinə görə, müxtəlif xəsarətlər alan qohumlardan Siyavuş Hümmətovun vəziyyəti daha ağırdır. 


Yaxın qohumların davasına nəyin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR