Terrorda şübhəli bilinən 5 nəfər sərbəst buraxıldı - Fransada

Terrorda şübhəli bilinən 5 nəfər sərbəst buraxıldı - Fransada
15:19 11 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada baş vermiş terror hadisələri ilə bağlı şübhəli şəxs qismində saxlanılmış 5 nəfər sərbəst buraxılıb.

 

 APA-nın xəbərinə görə, bununla bağlı Paris prokurorluğu məlumat yayıb.

 

Məlumata görə, “Charlie Hebdo”ya edilən hücum, bir qadın polisin öldürüldüyü hadisə, həmçinin mağaza və mətbəəyə olan basqınlarla bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların ifadələri alındıqdan sonra ötən gecə sərbəst buraxılıblar. Hazırda baş vermiş terror hadisələri ilə bağlı saxlanılan yoxdur.

 

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnmiş hadisələri törədən Said və Cherif Kouachi qardaşları, həmçinin Amedy Coulibaly polis tərəfindən həyata keçirilən əməliyyatla məhv ediliblər.

 

A. Coulibalyinin həyat yoldaşı Heyat Boumeddienenin axtarışları isə davam edir. Onun bu il yanvarın 2-də Türkiyəyə gəldiyi bildirilsə də, hazırda Suriyada olduğu ehtimal edilir. 

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR