Həkimdən eşitdiyi gerçək gənc qadını şoka saldı (VİDEO)

Həkimdən eşitdiyi gerçək gənc qadını şoka saldı (VİDEO)
15:21 11 Yanvar 2015
490 Ölkə
Ölkə mətbuatı
A- A+

Estetik əməliyyat yolu ilə gözəlləşmək istəyən gənç qadın az qala canından olacaqdı. ANS PRESS-in məlumatına görə, qadınların ən çox müraciət etdiyi döş əməliyyatı etdirən 31 yaşlı Laura Damianinin başına gəlməyən qalmayıb. Əməliyyatdan sonra döşlərində kəskin ağrıların başlandığını və bu ağrıların günbəgün artdığını görən qadın həkimə müraciət edir. Əməliyyatı həyata keçirən plastik cərrah, "belə şeylər olur" deyərək onu sakitləşdirir. Lakin ağrıların daha da şiddətləndiyindən o, başqa bir həkimə müraciət etmək qərarına gəlir. Həkimdən eşitdiyi gerçək onu şoka salır. Lauranın döşləri qanqrena idi, yəni çürüyürdü.

Restoranda administrator vəzifəsində çalışan gənc qadının sinəsini daha da gözəlləşdirərək işində uğur qazanmaq istəyi onu ölümlə üz-üzə qoyur. Gənc qadın süd vəzilərini kəsdirməsə qanqrena bütün bədəninə yayıla bilərdi. Gözəlləşmək üçün çıxtığı yolda canından olacaq Damiani, təkrar bıçaq altına yatır və süd vəzilərini kəsdirir.

Özünə güvənini itirdiyini söyləyən genc qadın ilyarım boyunca kabus yaşadı. Çətin də olsa bu kabusa qalib gələn Laura daha iki dəfə əməliyyata girir və bu dəfə süni döşə möhtac qalır. O, yeni sinəsi ilə yenidən həyata davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR