Almanyada qəzetin arxiv binası yandırılıb

15:22 11 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 15:20 ]


Bakı-APA. Almanyanın Hamburq şəhərində “Hamburger Morgenpost” qəzetinin arxiv binası yandırılıb.

 

APA-nın xəbərinə görə, polis binaya yandırıcı maddə atıldığını deyib. Ərazidə özünü şübhəli aparan iki nəfər aşkarlanıb və saxlanılıb.

 

Qəzetin arxivi zərər görsə də, ölən və yaralanan olmayıb.

 

Qeyd edək ki, “Hamburger Morgenpost” hadisədən əvvəlki sayında “Charlie Hebdo”nun Məhəmməd peyğəmbərlə bağlı yayınladığı klarikaturanı təkrar dərc edərək  “bu qədər azadlıq olmalı” manşeti ilə nəşr olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR