Play Store

Bu ölkə rus diplomatları ölkəsindən çıxarmayacaq

Avstriya Rusiya diplomatlarını ölkəsindən çıxarmaqdan ittiham edib.

Metbuat.az xəbər verir ki, rəsmi Vyana Böyük Britaniyanı rus diplomatlarını çıxardan ölkələrə təsir etməkdə ittiham edib. Avstriyanın XİN rəhbəri Karin Knaysl bildirib ki, Britaniyanın Vyanadakı səfiri birmənalı şəkildə hökümətə təsir göstərərək rus diplomatlarını ölkədən çıxarmağa çağırıb. Ancaq buna baxmayaraq, rəsmi Vyana bu addımı atmaqdan imtina edib. Xarici işlər naziri qeyd edib, Avstriya 1995-ci ildə Avropa Birliyinə neytral dövlət kimi daxil olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Londonda sui-qəsd nəticəsində zəhərlənib. Bundan sonra Böyük Britaniya başda olmaqla 23 ölkə Rusiyanın 137 diplomatını ərazisindən çıxarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR