Tanınmış yutuber məhkəməlik oldu - Bu görüntülərə görə / VİDEO

Tanınmış yutuber etdiyi zarafata görə məhkəməlik olub.

Metbuat.az bildirir ki, Yutubda 627 min abunəçisi olan “Troll Munchies” adlı kanal Amerikadakı tanınmış “fast-food” restoranlar şəbəkəsindən birində çəkdiyi videoya görə məhkəməlik olub. “İn-N-Out Burger”də çəkilən zarafat videosu kanala yerləşdirildikdən qısa müddət sonra şikayət olunaraq sinilib. Daha sonra “fast-food” restoranlar şəbəkəsi videoya görə xeyli müştəri itirdiyini bildirərək, kanalın sahibini məhkəməyə verib.

İddialara görə, kanalın sahibi videoda restorana daxil olaraq özünü “fast-food” şəbəksinin səlahiyyətli şəxsi adlandıraraq, müştərilərlə zarafat edib. Daha sonra restoranın mətbəxinə daxil olaraq hazırlanan yeməkləri “zibil” adlandırıb.

“In-N-Out Burger” məhkəmədə kanalın sahibi Kodi Roderdən 25 min dollar təzminat tələb edib.

Sözügedən videonu təqdim edirik:

Ağarmış saçlarınızı KARTOFLA rəngləyin - Bu cür edin / RESEPT / Video – TIKLAYIN!



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR