Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar çökür

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Metbuat.az bildirir ki, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollardan da aşağı satılır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,72% ucuzlaşaraq 7,756 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 4,46% və ya 430,01 dollaradək, "Ripple" 3,11% (0,562 dollara qədər), "Bitcoin Cash" isə 7% (824,62 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,83 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Qeyd edək ki, bir sıra ölkələrin mərkəzi banklarının kriptovalyularla bağlı tədbiq etdikləri qadağalar, həmçinin sosial şəbəkələrin kriptovalyuta reklamkarına məhdudiyyət qoyması virtual vayutanın dəyərdən düşməsinə səbəb oldu.

Martın 29-da dollar bu qiymətə olacaq - Rəsmi məzənnə - TIKLAYIN!


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR