​Bakıda avtobusda BİABIRÇILIQ - Gənc oğlan qadına HÜCUM ETDİ / Video

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib.

Metbuat.az bildirir ki, “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən “10 TH 318” dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.

Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir.

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib. Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti tərəfindən sərnişinlərin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Məhz bu məqsədlə şirkətin istismarında olan bütün avtobuslarda video-müşahidə kameraları quraşdırılıb və mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən hər gün avtobusların izlənməsi həyata keçirilir.

Xərçəngin dərmanı ola biləcək bitki GƏDƏBƏYDƏDİR - Cəmi iki günə.../ VİDEO – TIKLAYIN!


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR