Play Store

Rəcəb Tayyib Ərdoğan bu gün Zakir Həsənovla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, görüş Türkiyə saatı ilə saat 12:00-da baş tutacaq.

Xatırladaq ki, Zakir Həsənov ötən gün Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Zakir Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR