Play Store

Yaraşıqlı olması başına iş açdı - 3 qadın üstünə hücum çəkdi

Metbuat.az-ın verdiyi məlumata görə, Çinin Hangzhou şəhərində baş verən ağlasığmaz hadisədə 20 yaşlarında olduğu bildirilən 3 qadın bar çıxışında taksi gözləməyə başlayıb. Həddindən artıq spirtli içki içdiyi iddia edilən qadınlar sevgilisi ilə birlikdə avtobus gözləyən bir adamı görüblər.

Həmin vaxt gələn bir taksini dayandıran üçlük adamı da taksiyə mindirməyə çalışıb. Olanlara təəcüblənən adam qadınlardan qurtulmağa çalışarkən, sevgilisi vəziyyəti barın qarşısındakı mühafizəçilərə xəbər verib.

Mühafizəçi qadınlara müdaxilə edib. Bu zaman qadınların dostu olduğunu bildirilən bir adam da hadisəyə daxil olub. Baş verən qalmaqalda mühafizəçi yaralanıb. Hadisə yerinə gələn polis üç qadın və yoldaşları olan adamı nəzarətə götürüb.

Qadınlar verdikləri ifadədə adamın çox yaraşıqlı olduğunu və birlikdə zaman keçirmək istədiklərini deyib. Hadisə səbəbilə 47 dollar pul cəzası və yeddi gün həbs cəzası alıblar. Davaya qarışan yoldaşlarına isə 80 dollar pul cəzası tətbiq olunub.

Bunu da oxu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR