Gündə 6 diş közlənmiş sarımsaq yedikdə

Metbuat.az-ın verdiyi məlumata görə, əsrlərdir ki, dünya süfrələrinin əvəzolunmaz qidası və ən geniş istifadə edilən dərman bitkisi sarımsaq təbii antibiotikdir.

Sağlamlığımız üçün saysız-hesabsız faydası olan sarımsaq tibbi sahədə də istifadə edilən bir çox araşdırmaya mövzu olan bir bitkidir.

Aparılan araşdırmalarda tez-tez sarımsaq yeyənlərin soyuqdəyməyə tutulma riskinin 70 faiz daha az olduğu müəyyən olunub.

Sarımsağın həmçinin təzyiqi tənzimləyib və içərisində olan yüksək miqdardakı antioksidantlar sayəsində Alzheimer və demans riskini azaltdığı da müəyyənləşdirilib.

“Healthy Food Style”-dan verilən məlumatlara görə, gündə 6 diş közlənmiş və ya qızardılmış sarımsaq yeməklə 24 saat ərzində bədənimizdə çox mühüm dəyişiklər meydana gəlir: Xolesterini tənzimləyir, damarları təmizləyir və ürək problemlərinə qarşı qoruyur, təzyiqi tənzimləyir, sinir sistemini gücləndirir, bədənə ağır metalların girməsini əngəlləyir, sümükləri və oynaqları gücləndirir, yorğunluğu alır, hüceyrələrin ömrünü uzadır.

Közlənmiş sarımsağı hazırlamaq üçün bütöv bir sarımsağı götürüb iti bir bıçaq köməyiylə baş hissəsini diqqətlə kəsin. Sonra yenə bütöv halda bir qabın içinə qoyun və sobaya yerləşdirin. Üstü qızarıb içi yumşalmağa başlayana qədər bişirin.

Sarımsaq bütöv şəkildə bişdikdən sonra soyumasını gözləyin və sonra 6 diş sarımsağı ayırıb hər gün yeyin.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR