Restoran sahibinin tələbələrə verdiyi cavab

Metbuat.az-ın verdiyi məlumata görə, Türkiyədə 5 universitet tələbəsinin yemək sifarişində yazdığı mesaja böyük bir jestlə cavab verən restoran sahibi sosial şəbəkədə danışılır.

Pulları olmadığı üçün yemək sifarişində restoran sahibinə yazdıqları mesajda “ Salam. Evdə 5 tələbəyik. Viza həftəsi başlayıb. Dincəlmədən imtahanlara hazırlaşırıq. Hər adama 3 lahmacun sifariş edəcəkdik, ancaq pulumuz bu qədərinə çatdı. Təqaüdümüzün verilməyinə hələ çox var. Mümkünsə iki dənə də siz göndərin” yazan tələbələrə restoran sahibi müsbət cavab verib.

Tələbələrin sifarişinə əlavə olaraq 7 lahmacun və hər biri üçün şirniyyat göndərən restoran sahibi sifarişlərin üzərinə “ Mənim oğlum da başqa bir şəhərdə tələbədir. Allah hamınızın köməyi olsun. Siz bu ölkənin gələcəyisiniz. Şirniyyat da məndən olsun” şəklində cavab verib. Bu mesajaa yüzlərlə rəy gəlib və restoran sahibi “Tələbələrin atası” elan edilib.

Günay Sadıxova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR