Metbuat.az-ın verdiyi məlumata görə, Hope Taker 327 kiloqram ağırlığında idi. “Gastirik bypass” əməliyyatından sonra 90 kiloqram çəki atan Hope sürətlə 60 kiloqram da atıb. Daha sonra o, sallanan dərisini götürmək istəyib. Çünki çəkisi çox olduğu üçün girdiyi depressiyanın bu görünüşü üzündən yenidən qayıdacağını düşünüb.
“Artıq çəkilərimi itirdiyim üçün hiss etdiyim özünə inam hissi yerini dərimin sallanmasından sonra ciddi bir inamsızlığa buraxdı” deyən Hope yaşadığı psixoloji sarsıntını danışıb.
“Dərimin sallanması mənə duyğusal olaraq pis təsir edir. Bu görünüşüm çəkimə görə addım ata bilmədiyim o günlərin yenidən beynimdə canlanmasına səbəb olur. Kök olduğum üçün digər qızlar mənə iyrənərək baxırdılar.”
Hope-un anası Liza qızının bu vəziyyətinə kömək etmək üçün bir psixoloqa müraciət etməyə qərar verib. Hope-u psixoloqa aparıb və qısa müddət sonra o depressiya üçün dərman müalicəsinə başlayıb. Lakin aldığı dərmanların yan təsirlərindən biri də çəki alması olub. Bu da onun çəkisinin nəzarətdən çıxmasına səbəb olub.
“Çəkim sağlamlığıma təsir etməyə başladı. Nəfəs-nəfəsə qalırdım. 20 yaşımda 148 kiloqrama çatmışdım. Yeməklə özümü yaxşılaşdırdığımı düşünərək əslində, özümə zərər verirdim.”
“Gastrik bypass” cərrahiyyə əməliyyatından sonra həyatının tamamilə dəyişdiyini deyən Hope əməliyyatdan sonrakı dörd ayda sürətlə çəki atıb. Bu da depressiya üçün istifadə etdiyi dərman vasitələrindən xilas olmasına kömək olub. Amma 40 kiloqram çəki atdıqdan sonra dərisinin sallanmağa başladığını görüb. Bu da yenidən ruh düşkünlüyünə səbəb olub. Bununla bağlı mədə əməliyyatını həyata keçirən həkimi ilə danışan Hope-a müsbət cavab gəlməyib . Həkimi Hope-un keçirəcəyi dəri əməliyyatının onun sağlamlığına mənfi təsir edəcəyini hesab edir.
Günay Sadıxova/Metbuat.az