Paris terrorunun şübhəliləri buraxıldı

Paris terrorunun şübhəliləri buraxıldı
15:41 11 Yanvar 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada baş vermiş terror hadisələri ilə bağlı şübhəli şəxs qismində saxlanılanlar sərbəst buraxılıblar. ANS PRESS-in məlumatına görə, Paris prokurorluğunun açıqlamasında belə deyilir. məlumat yayıb.

Məlumata görə, “Charlie Hebdo”ya edilən hücum, bir qadın polisin öldürüldüyü hadisə, həmçinin mağaza və mətbəəyə olan basqınlarla bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların ifadələri alındıqdan sonra ötən gecə sərbəst buraxılıblar. Hazırda baş vermiş terror hadisələri ilə bağlı saxlanılan yoxdur.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnmiş hadisələri törədən Səid və Şərif Kuaçi qardaşları, həmçinin Amedy Kulibali polis tərəfindən həyata keçirilən əməliyyat zamanı məhv ediliblər. A. Kulibalyinin həyat yoldaşı Heyat Boumeddienenin axtarışları isə davam edir. Onun bu il yanvarın 2-də Türkiyəyə gəldiyi bildirilsə də, hazırda Suriyada olduğu ehtimal edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR