Suraxanıda iki avtomobil toqquşdu - ÖLƏN VAR

FHN Suraxanı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR