Play Store

Avtobusda qadına hücum edən gənclə bağlı MƏLUMAT - Polis saxladı

Ötən gün 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı Metbuat.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev məlumatı təsdiqləyib.

Bildirək ki, şübhəli şəxs Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib. Araşdırmalar nəticəsində onun Bakı şəhər sakini Müşfiq Namazov olduğu müəyyən edilib. Martın 29-da Bakı şəhər sakini S.Sultanova da 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 65 saylı xətt avtobusunda həmin vaxt M.Namazov tərəfindən döyüldüyünü bildirib. Faktla bağlı araşdırma başladılıb.

Ölkə ərzisindəki GÜCLÜ KÜLƏKLƏ BAĞLI - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib - TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR