Play Store

Goranboyda 7 il əvvəl bacısını öldürən şəxs tutuldu - DİN

Martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib.

R.Hüseynovanın meyitinin qalıqları eksqumasiya edilib.

Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR