Play Store

Evində bəslədiyi nəhəng kərtənkələlər - sonunu gətirdi/ VİDEO

Metbuat.az-ın verdiyi məlumata görə, “Animal Planet” (Heyvan Planeti) adlı kanalda yayımlanan proqram 2002-ci ildə həyatını itirmiş Amerikalı Ronald Huff-ın ölümünü bir daha gündəmə gətirib.

Köhnə əsgər olan Ronald Huff tək yaşadığı evində nəhəng kərtənkələlər bəsləyirdi. 42 yaşlı Huff nəhəng sürünənlər üçün evində əlverişli şərait yaratmışdı. Evdə rahat gəzmələri üçün temperaturu 25 dərəcədə saxlamışdı. Yırtıcı kərtənkələlərini kiçik heyvanlarla bəsləyirdi.

Ronald Huffun işə getməyib, dostlarının da onu tapmadıqdan sonra polisə xəbər veriblər. Evinə gedən polislər əvvəlcə qapını döyüb, amma açan olmayıb. Digər tərəfdən, evdən gələn gurultuları eşidiblər. Qapını sındıraraq içəri girən dəstələr həyatlarının şokunu yaşayıb. Ronald Huff qanlar içində yerdə yatarkən, üzləri qana batmış nəhəng kərtənkələlər evdə gəzirdi. Polislər kərtənkələləri çətin də olsa tutmağı bacarıb. Ronald HuffUn cəsədi araşdırılarkən kərtənkələlər tərəfindən öldürüldüyü ortaya çıxıb.

Ronald Huffun ekspertizalarının nəticələri isə, heyvanların keçmiş əsgəri öldükdən sonra yediyini, yoxsa yeyərək mi öldürdüyünü açıqlamayıb.

Huffun tük ürpərdən ölümü hələ də öz sirrini qoruyur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR