Play Store

İnəklərin mədəsinə açılan dəliklər - Baxın nə işə yarayır

Metbuat.az-ın verdiyi məlumatlara görə, Mərkəzi İsveçrədə yerləşən Agroskope adlı araşdırma şirkəti inəklərə verilən müxtəlif növlərdə qidaların necə və nə qədər həzm olduğunu izləmək və beləliklə məhsuldarlığı artırmaq istəyirdi.

Bunun üçün inəklərin yan tərəfinə və mədəsinə böyük bir dəlik açılaraq araya bir kanal yerləşdirdilər.

İstifadə edilmədikdə plastik qapaqla ağzı bağlı olan pəncərəni açan tədqiqatçı buradan birbaşa mədənin içini görür və istədiyi vaxt mədəyə əlini salıb həzm edilməkdə olan qidadan nümunə ala bilir.

Bu üsulu 14 inəkdə həyata keçirən şirkət heyvanların hər hansı bir zərər görmədiyini bildirərkən, heyvan haqları müdafiəçiləri bunu sərt şəkildə tənqid edib.

Darr Əkinçilik Mərkəzindən Dr. Melissa Hudsonun dediyinə görə, bu üsul ilk olaraq bir inəkdə deyil, bir insanda tətbiq olunmuşdu. “Amerikada Vətəndaş Müharibəsi zamanı bir güllə bir əsgərin mədəsini deşib və nə qədər çalışılsa da yara olması lazım olduğu kimi bağlanmamışdır. Bundan sonra radikal bir qərar alınaraq xəstənin mədəsinə daimi kanal açılıb. Sonradan bu adam bir həkim tərəfindən nəzarət altında saxlanılmış və insan həzm sisteminin necə çalışdığı araşdırılmışdır.”

Bu araşdırmalardan bəzilərinin süd istehsalını artırmaqla bağlı olduğu da doğrudur. Yalnız bir neçə inəkdə bu dəlik açılıb və müxtəlif qidaların həzm olunarkən nə kimi proseslərdən keçdiyi təhlil edilir. Bu sayədə, ən uyğun qida kombinasiyası araşdırılır.

Baytarlıq Fakültələrində bu deşiklərin açılmasının digər bir səbəbi də, xəstə inəkləri yaxşılaşdırmaqdır. İnəklərin rumenlərindəki mikroorqanizm tarazlığı dəyişdiyi zaman sadə bir şəkildə həzm funksiyalarını reallaşdıra bilmir və bu onları ölümə qədər aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR