Bakıda bu yollarda sürət həddi endirildi

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür güclü küləkli hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.

Nə olduğu açıqlanınca hər kəs dəhşətə gəldi - Sən demə.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR