Play Store

Bakı ilə bu şəhər arasında uçuşların - sayı artacaq

Krasnoyarsk beynəlxalq hava limanından Bakıya sərnişin reyslərinin sayı yayda həftədə iki dəfəyədək artırılacaq.

Metbuat.az-ın məlumatına görə, Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları "İrAero" aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə "Nordwind Airlines" aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq.

Bildirilir ki, "İrAero" uçuşları yay uçuş cədvəli başa çatanadək, oktyabrın 27-dək hər həftənin şənbə günləri həyata keçirəcək.

"Nordwind Airlines" şirkəti isə iyulun 18-dən oktyabrın 24-dək hər həftənin çərşənbə günləri uçuşlar həyata keçirəcək.

Fələstində matəm elan edildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR