Fələstində matəm elan edildi

Fələstin lideri Mahmud Abbas Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar martın 31-ni ölkədə milli matəm günü elan edib.

Metbuat.az-ın məlumatına görə, Qəzza zolağında ötən gün "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar zamanı ölənlərin sayı artıb.

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib ki, toqquşmalarda ölən fələstinlilərin sayı 17 nəfərə çatıb. Ölənlər arasında uşaqların da olduğu bildilir. Hadisə zamanı 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, 30 mart Fələstin torpaqlarının işğalı ilə bağlı “Torpaq günü” kimi qeyd olunur. Ötən gündən Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR