Play Store

Dünyanın ən ölümcül mağarası adlanan bu yer - görənləri heyrətləndirir

Metbuat.az-ın verdiyi məlumata görə, dünyanın ən dərin mağarası 1956-ci ildə Fransız kəşfiyyatçılar tərəfindən bir kilometrlik bir çuxura düşərkən kəşf edilib.

Qafqaz dağlarında Gürcüstanda yerləşən Krubera mağarasını dünyanın ən dərin mağarası kimi tanınır.

2 min 191 metr dərinliyi olan mağaranın uzunluğu isə 13.432 km-dir. Mağaranın demək olar ki, hamısı əhəng daşındandır.

Mağaranın xəritəsi müxtəlif millətlərin kəşfiyyatçıları tərəfindən çıxarılıb və 2007-ci ildə Gennadiv Samokhin adlı Ukraynalı dalğıc bu mağaranın içinə dalaraq təkrar xəritəsini çıxarıb və dərinliyini 46 metr daha artırıb.

Həyata keçirilən hər dalma və tədqiqatlar mağaranın nə qədər dərinləşdiyini göstərir.

Bu mağara Eyfel qülləsindən 6 dəfə, Dubaydakı dünyanın ən uzun binası Burj Əl Xəlifədən 2 qat daha dərindir.

Kəşfiyyatçılar çadırda yemək bişirib, yata bilirlər və isinmək üçün bir yerə toplaşırlar. Hər il bir çox turist bura ziyarətə gəlir.

Bu mağara adını Rus geoloq Aleksandr Kruberden alır. Rus dilində Voronya Kava kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR