Şirvan Milli Parkında baş verən silahlı insidentlə bağlı məlumat yayıldı - Nazirlik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şirvan Milli Parkında baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumatda qeyd olunur ki, Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında30 mart 2018-ci il tarixindəsaat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Keçirilən əməliyyatzamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun ərazisində, qanunsuz yolla ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Əməliyyat tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan Milli Parkının sahə müfəttişi İltifat Xalıqovabilərəkdən ov tüfəngindən atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən biri Milli Parkın əməkdaşları tərəfindənsaxlanılıb, digəri, sahə müfəttişini yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.

Hadisə yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1 ədəd bıçaq, 1 ədəd fanaraşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlımüvafiq sənədləşmə işləri aparılıb. Milli Parkın əməkdaşları saxlanılan brakonyerirayon polis şöbəsinə təhvil verib. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu Atbulaq kənd sakini İsrafilov Elvin Tərxan oğlu olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsindədigər qanun pozucusuHacıqabul rayonuAtbulaq kənd sakini Ağayev Rahil Heybət oğlu da saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR