Məşhur dilənçinin 1 milyon pulunu varisləri aldılar

Məşhur dilənçinin 1 milyon pulunu varisləri aldılar
16:37 11 Yanvar 2015
175 Dünya
Ölkə mətbuatı
A- A+

"Torbalı baba" adıyla tanınan dilənçi Mehmet Keleşin banklardakı 1 milyon 85 min lirəsi varisləri arasında bölündü

Milli.Az habertürk-ə istinadən bildirir ki, Konyada küçələrdə yaşayan 75 yaşlı Mehmet Keleşi avtobus vuraraq öldürmüşdü. Bir bankda 487 min, digərində 598 min lirəsi vəkillər tərəfindən alınaraq onun 17 varisinə verilib.

Pullar alınmadan öncə əslən Çorumlu olan Mehmet Keleşin həmin pulları dilənçiliklə yığdığından dövlətə qalması üçün rəsmi qurumlara müraciət edən vəkil Bayram Koyuncuya Böyükşəhər Bələdiyyəsi "Mehmet Keleşin dilənçilik etdiyi ilə bağlı hər hansı inzibati proses yoxdur" cavabı verib.

Mehmet Keleş ötən il iyulun 27-də 31 yaşlı Mustafa B.-nin idarə etdiyi avtobusun altında qalmışdı. Keleşin cəsədi morqa aparılmış, sürücü məhkəmədə şərti cəza alaraq azadlığa buraxılmışdı. 

34 il Konyada dilənçilik edən "Torbalı baba"nın 3 bacısının olduğu, ancaq onlardan Zeynep Yar istisna olmaqla qalanlarının öldüyü məlum olub.

Çorumda iki dəfə evlənən Mehmet Keleşin övladları olmayıb, hər iki arvadından boşanıb. 

Onun ikinci arvadı Keleşin dilənçilik etdiyini öyrəndikdən sonra ondan ayrılıb və başqa kişiylə yaşamağa başlayıb. Sonra isə sevgilisi tərəfindən öldürülüb. Keleş evini tərk etdikdən sonra Ankara, İstanbul və İzmirdə küçələrdə yaşamağa başlayıb, 34 il öncə isə Konyaya gəlib.

İnsanların verdiyi yeməklərlə qarnını doyuran Keleş onların verdiyi pulları bir əsnafın köməkliyi ilə banka qoyub.

Keleş öldükdən sonra onun pasportu və bank hesabının olduğu pul qabını polisə verən konyalı əsnaf F.Ş. onun ağıllı adam olduğunu, camaatdan yığdığı pullar 15-20 min lirəyə çatınca onlardan sənədləri alaraq pulu banka qoyduğunu deyib.

Əsnafın verdiyi digər məlumatlar da ilginc olub: "Bəzən tanınmamaq üçün saqqalını ayaqqabı boyası ilə qaraya boyayardı. Bəzən banklar onun ardınca xüsusi maşın göndərər, bank müdirləri onu otaqlarına aparıb qonaq edərdilər".

"Torbalı baba" "falçılıq" da edərmiş. Məhkəmə önündəykən ondan işin necə qurtaracağını soruşarlarmış, o da qarşısındakının qırımına baxıb ağlına gələni söyləyərmiş. Dediklər "tutanda" işi məhkəməyə düşən adam ona xeyli bəxşiş verərmiş. Bu səbəbdən bankdakı pulun niyə o qədər çox olduğu anlaşılır.

"Öldü" xəbərini KİV-dən öyrənən yaxınları Konyaya gələrək Keleşin nəşini alıblar. Dilənçi qohumlarını dəfələrlə kəndə aparmaq istədiklərini, amma onun etiraz etdiyini bildiriblər. Keleşi bacısı Zeynep Yar Çorumda dəfn etdirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR