Yanğın nəticəsində 41 uşağın öldüyü vilayətin

Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya prezidenti istefa ərizəsi ilə müraciət edib.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, bu barədə vilayətin administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Aman Tuleyevin vaxtından əvvəl istefasını qəbul edib. Ölkə başçısı həmçinin Sergey Tsivilyovu vilayətin qubernatoru vəzifələrinin müvəqqəti icraçısını vəzifəsinə təyin edib.

Qeyd edək ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Kosmosda qara materiyasız şəffaf qalaktika - KƏŞF OLUNUB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR